Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılacaq

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılacaq Postsovet məkanından yalnız 2 ölkə təmsil oluna biləcək
Futbol
30 Avqust , 2018 11:02
Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılacaq

Bakı. 30 avqust. REPORT.AZ/ Bu gün Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, Monakoda atılacaq püşk nəticəsində 32 klub 8 qrupa bölünəcək. Ötən mövsümlə müqayisədə, bu dəfə Azərbaycanı Avropanın ən nüfuzlu klub turnirinin qruplarında heç bir komanda təmsil etməyəcək. Türkiyənin yeganə təmsilçisi isə "Qalatasaray" olacaq. "Sarı-qırmızılar" çempion kimi birbaşa qrupda yer alıblar.

Postsovet məkanından qrupda yalnız 2 ölkə təmsil olunacaq: Rusiyanın 2, Ukraynanın 1 klubu çıxış edəcək. Lakin UEFA-nın qərarına əsasən, bu ölkələrin komandaları eyni qrupda yer almayacaqlar. 

32 klub Bakı vaxtı ilə saat 20:00-da başlanacaq püşkatma önsəsi 4 səbətə belə bölünüb:

1-ci səbət

"Real Madrid" (İspaniya) - Çempionlar Liqasının son qalibi;

"Atletiko" (İspaniya) - Avropa Liqasının son qalibi;

"Barselona" (İspaniya)

"Bavariya" (Almaniya)

"Mançester Siti" (İngiltərə)

"Yuventus" (İtaliya)

PSJ (Fransa)

"Lokomotiv" (Moskva, Rusiya)

2-ci səbət

"Borussiya Dortmund" (Almaniya)

"Portu" (Portuqaliya)

"Mançester Yunayted" (İngiltərə)

"Şaxtyor" (Ukrayna)

"Benfika" (Portuqaliya)

"Napoli" (İtaliya)

"Tottenhem" (İngiltərə)

"Roma" (İtaliya)

3-cü səbət

"Liverpul" (İngiltərə)

"Şalke" (Almaniya)

"Lion" (Fransa)

"Monako" (Fransa)

"Ayaks" (Hollandiya)

MOİK (Moskva, Rusiya)

PSV (Hollandiya)

"Valensiya" (İspaniya)

4-cü səbət

"Viktoriya" (Plzen, Çexiya)

"Brügge" (Belçika)

"Qalatasaray" (Türkiyə)

"Yanq Boyz" (İsveçrə)

"İnter" (İtaliya)

"Hoffenhaym" (Almaniya)

"Srvena Zvezda" (Serbiya)

AEK (Yunanıstan)

Qeyd edək ki, mərasim zamanı UEFA 2017-2018 mövsümünün ən yaxşı kişi və qadın futbolçusunu, qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi və hücumçusunu da açıqlayacaq.

Son xəbərlər

Orphus sistemi