Ronaldu yenidən Portuqaliya yığmasının heyətinə qayıdacaq
Futbol
- 01 yanvar, 2019
- 20:30
Bakı. 2 yanvar. REPORT.AZ/ Turinin "Yuventus" futbol klubunun hücumçusu Kriştian Ronaldu bildirib ki, 2019-cu ildə Portuqaliya seçməsinin heyətində çıxış etmək üçün yığma komandaya qayıdacaq.
Bu barədə "Report" AS-a istinadən xəbər verir.
"2019-cu ildə yenidən Portuqaliya yığmasının məşqçi qərargahının sərərəncamına qayıtmaq niyyətindəyəm. Bizim bu mövsümün birinci hissəsində mənim yığmanın heyətində matçlarda iştirak etməyəcəyimə dair razılaşmamız vardı", - deyə Ronaldu bildirib.
33 yaşlı hücumçu 2018-ci ilin futbol üzrə dünya çempionatından sonra bildirmişdi ki, yeni klubla əlaqədar bir müddət milli komandada çıxış etməyəcək.
Qeyd edək ki, Ronaldu İtaliya çempionatının bombardirlər siyahısında liderliyə yüksəlib.
Son xəbərlər
07:46
Çin "CentiSpace-2" peyklərini kosmosa buraxıb
Digər ölkələr07:08
"Saudi Aramco" Asiya alıcılarına xam neft tədarükünü azaldıb
Digər ölkələr06:42
Starmer İran ətrafında baş verənlər fonunda təcili iqtisadi iclas çağırıb
Digər ölkələr06:14
KİV: ABŞ İranın Xarq adasını ələ keçirmək istəyir
Digər ölkələr05:48
Kim Çen In yenidən KXDR-də Dövlət İşləri Şurasının Sədri seçilib
Digər ölkələr05:23
Qızıl fyuçerslərinin qiyməti düşməkdə davam edir
Maliyyə04:44
KİV: İsrail İrana hücumlarda 50 illik bombalardan istifadə edir
Digər ölkələr04:12
İranda işıq problemi olmayacaq
Region03:48