Ronaldu İtaliya çempionatının bombardirlər siyahısında liderliyə yüksəlib
Futbol
- 30 dekabr, 2018
- 00:55
Bakı. 30 dekabr. REPORT.AZ/ Turinin "Yuventus" klubu İtaliya A Seriyasının 19-cu turunda "Sampdoriya" üzərində 2:1 hesabı ilə qələbə qazanıb.
“Report” xəbər verir ki, komandanın portuqaliyalı hücumçusu Kriştianu Ronaldu qarşılaşmada dubl edərək A Seriyasının ən yaxşı bombardirləri siyahısında birinci yerə yüksəlib.
Oyunun 2 və 65-ci dəqiqələrində fərqlənən beşqat "Qızıl top" sahibi cari mövsüm vurduğu qolların sayını 14-ə çatdırıb və aktivində 13 qol olan "Cenoa"nın polşalı hücumçusu Kşiştof Pyonteki geridə qoyub.
Ronaldu həmçinin İtaliya çempionatının elit divizionunda 14 qol vuran ilk portuqaliyalı futbolçu olub. Daha əvvəl rekord "Yuventus"un xavbeki Ruy Barruşa məxsus idi. O, 1988/89-cu illər mövsümündə 12 qolun müəllifi olub.
Son xəbərlər
15:52
"Abşeron Lions" Azərbaycan Basketbol Liqasında finala vəsiqə qazanıb
Komanda15:47
Azərbaycan Prezidenti: "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülmək böyük şərəfdir
Daxili siyasət15:44
Prezident İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb
Daxili siyasət15:42
Moldova və Ukrayna Prezidentləri regionda təhlükəsizlik məsələlərini müzakirə ediblər
Digər ölkələr15:38
Foto
Video
Vilayət Eyvazov Göyçayda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
Hadisə15:25
Foto
ASİNF "Prezident Kuboku 2026" öncəsi Ağdərə sakinləri ilə görüş keçirib
Komanda15:12
Yollarda görünüş 300 metrədək məhdudlaşacaq
Ekologiya15:03
Bakıda və rayonlarda külək güclənəcək
Ekologiya14:57