Azərbaycanlı futbolçu Estoniyadan çıxa bilmir: "Vəziyyət ciddidir"
Futbol
- 13 mart, 2020
- 09:27
Nurlan Novruzov
Ötən ay Estoniyanın "Trans Narva" klubu ilə müqavilə imzalayan azərbaycanlı futbolçu Nurlan Novruzov sözügedən ölkədə problemlə üzləşib.
"Report" xəbər verir ki, bu barədə 27 yaşlı hücumçu özünün "Facebook" səhifəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, koronavirusa görə ölkədə vəziyyət ciddidir: "Məşqlər və oyunlar ləğv olunub. Məktəblər, hətta marketlər də bağlanıb. Ölkədən çıxışa icazə verilmir. Vəziyyət ciddidir. Allah hamıya kömək olsun".
Qeyd edək ki, "Bakı", "Sumqayıt", "Zirə", "Səbail" kimi komandaların formasını geyinib. O, son olaraq Moldovanın "Dinamo-Avto" klubunda çıxış edib. Forvard 2014/2015 mövsümündə "Bakı"nın heyətində Azərbaycan Premyer Liqasının bombardiri olub.
Son xəbərlər
02:10
Rusiyanın dövlət borcu 431,8 milyard dollara çatıb
Region01:33
ABŞ aprelin 6-dək İranla razılaşma imzalanacağına ümid edir
Digər ölkələr01:24
Foto
FIFA AFFA-ya təşəkkür edib
Futbol01:10
KİV: İordaniya Kralı Netanyahu ilə görüşdən imtina edib
Digər ölkələr00:45
BMT: Hörmüz boğazından gəmilərin tranziti 95% azalıb
Region00:13
Avropa İttifaqının yanacaq xərcləri 13 milyard avro artıb
Energetika00:00
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
Daxili siyasət23:51
Niderland seçkilərlə əlaqədar Ermənistana dəstəyini ifadə edib
Region23:46