Azərbaycan - Xorvatiya matçının hakimləri açıqlanıb

Azərbaycan - Xorvatiya matçının hakimləri açıqlanıb Azərbaycan və Xorvatiya yığmaları arasında keçiriləcək futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup oyunları üçün bütün təyinatlar açıqlanıb.
Futbol
6 Sentyabr , 2019 13:32
Azərbaycan - Xorvatiya matçının hakimləri açıqlanıb

Azərbaycan və Xorvatiya yığmaları arasında keçiriləcək futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup oyunları üçün bütün təyinatlar açıqlanıb. 

"Report"un məlumatına görə, qarşılaşma Sandro Şörerin rəhbərlik etdiyi isveçrəli hakimlər briqadasına həvalə olunub. 

9 sentyabr

AVRO-2020, seçmə mərhələ

E qrupu

20:00. AZƏRBAYCAN - XORVATİYA

Baş hakim: Sandro Şörer

Yan xətt hakimləri: Stefan De Almeyda, Sladan Yosipoviç

Dördüncü hakim: Fedayi San (hamısı İsveçrə)

Hakim-inspektor: Aleksandru Dyakonu (Rumıniya

UEFA nümayəndəsi: Sergey İliç (Belarus)

"Bakcell Arena". 

Qeyd edək ki, Sandro Şörer daha əvvəl "Qarabağ"ın avqustun 22-də Şimali İrlandiya "Linfild"inə səfərdə 2:3 hesabı ilə uduzduğu Avropa Liqasının pley-off mərhələsinin ilk oyununu da idarə edib.   

Son xəbərlər

Orphus sistemi