Azərbaycan Premyer Liqasında ən çox təyinat alan hakimlər - ARAŞDIRMA

Azərbaycan Premyer Liqasında ən çox təyinat alan hakimlər - ARAŞDIRMA Futbol üzrə Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün ilk yarısında baş hakim kimi ən çox təyinatı FIFA referisi Əliyar Ağayev alıb.
Futbol
24 Dekabr , 2019 14:31
Azərbaycan Premyer Liqasında ən çox təyinat alan hakimlər - ARAŞDIRMA

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün ilk yarısında baş hakim kimi ən çox təyinatı FIFA referisi Əliyar Ağayev alıb.

"Report" xəbər verir ki, 14 tur ərzində 56 qarşılaşmadan 9-nu Ağayevin idarə etdiyi məlum olub. Kamal Umudlu və digər beynəlxalq dərəcəli hakim Rauf Cabbarov hərəyə 6 dəfə iş başında olub. 

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov, Vüqar Həsənli, Səbuhi Bayramov, Orxan Məmmədov və Elçin Məsiyev 5 dəfə çempionat oyunlarında əsas hakim funksiyasını yerinə yetiriblər.

Azərbaycanın digər FIFA referisi Rəhim Həsənov isə daha az təyinat alan hakimlərdəndir. O və Rəvan Həmzəzadə 4 dəfə Premyer Liqa oyunlarını idarə ediblər.

Hamıdan az təyinatı Rövşən Rəcəbov alıb. Gənc referi 14 tur ərzində 2 görüşdə əsas hakim olub.

FIFA referiləri Əliyar Ağayev və Rauf Cabbarovla yanaşı, Kamal Umudlu da çempionatdakı bütün komandaların oyunlarını idarə edib. 

Rəvan Həmzəzadə "Qarabağ" və "Neftçi"nin, İnqilab Məmmədov "Səbail"in, Vüqar Həsənli "Zirə"nin, Səbuhi Bayramov "Qarabağ" və "Qəbələ"nin, Orxan Məmmədov "Qəbələ" ilə "Sumqayıt"ın, Rəhim Həsənov "Qarabağ"ın, Elçin Məsiyev isə "Neftçi"nin matçlarında əsas hakim olmayıb. 

Rövşən Rəcəbova isə "Neftçi", "Zirə" və "Sabah"ın oyunları həvalə olunub. 

Hakimlər (ev / səfər) "Qarabağ" "Neftçi" "Keşlə" "Sumqayıt" "Zirə" "Sabah" "Qəbələ" "Səbail" Cəmi
Əliyar Ağayev IV, XI VI IX XIV XIII VIII V 9
VIII, XIII IV, IX VI, XI V XIV
Rauf Cabbarov VII IX XII V XIV I 6
V, XII XIV I IX VII
Kamal Umudlu XIV XII VIII IV VI III  6
III  VI  XIV  IV  VIII XII 
Rəvan Həmzəzadə XIII I, X 4
I, XIII
İnqilab Məmmədov II  V, X VII  XI  5
XI  II, VII
Vüqar Həsənli VII  XI  II, XIV IV  5
XI  VII  IV, XIV II 
Səbuhi Bayramov III  VII  II  XII  5
II, VII III, X XII 
Orxan Məmmədov IX  XII  VI  XIII 5
XIII XII  VI, IX
Rəhim Həsənov II  III, X VIII 4
II  III  VIII 
Elçin Məsiyev VI  IV, XIII IX XI 5
VI, XIII IX  IV,XI
Rövşən Rəcəbov VIII  III  2
VIII  III 

Son xəbərlər

Orphus sistemi