Azərbaycan Premyer Liqasının mümkün bərpa vaxtı məlum oldu

Azərbaycan Premyer Liqasının mümkün bərpa vaxtı məlum oldu Koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətədək təxirə salınmış futbol üzrə Azərbaycan Premyer Liqasının oyunları mayın sonlarında bərpa oluna bilər.
Futbol
24 Aprel , 2020 13:53
Azərbaycan Premyer Liqasının mümkün bərpa vaxtı məlum oldu

Koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətədək təxirə salınmış futbol üzrə Azərbaycan Premyer Liqasının oyunları mayın sonlarında bərpa oluna bilər.

Bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, hər şey karantin rejiminin müddətindən asılıdır: "Mayın 4-nü gözləyirik. Karantin götürülsə, bizim üçün heç bir problem qalmayacaq. Hətta hər turun oyunlarını eyni gündə deyil, 2 gündə keçirsək belə, vaxt kifayət edəcək. Hazırlıq müddəti ilə bağlı klublara sorğu göndərmişik. Yəqin ki, qalan bölüm öncəsi təlim-məşq toplanışı üçün komandalara 2-3 həftə vaxt veriləcək".

A.Şahgəldiyevin sözlərinə görə, yeni təqvimə oyunların azarkeşsiz keçirilib-keçirilməyəcəyinin də təsiri olacaq: "Azarkeşlərə icazə verilsə, matçları həftəsonuna salmağa çalışacağıq. Azarkeşsiz olsa, oyunları həftəiçi də keçirə bilərik".

Mətbuat katibi əlavə edib ki, AFFA və PFL-in məqsədi mövsümü başa çatdırmaqdır: "Rəhbərlik səviyyəsində bütün məsələləri müzakirə edirik. Klubların razılığı olmadan heç bir qərar qəbul etmək fikrində deyilik. Məqsədimiz çempionatı başa çatdırmaqdır".

Qeyd edək ki, Azərbaycan Premyer Liqası və I Divizionda mövsüm martın 13-dən dayandırılıb.

Son xəbərlər

Orphus sistemi