Azərbaycan Premyer Liqası: I turun təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqası: I turun təyinatları açıqlanıb Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun oyunları üçün hakim təyinatları açıqlanıb.
Futbol
14 Avqust , 2019 11:37
Azərbaycan Premyer Liqası: I turun təyinatları açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun oyunları üçün hakim təyinatları açıqlanıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, mövsümün "Keşlə" və "Qarabağ" komandaları arasında baş tutacaq açılış matçını Orxan Məmmədov idarə edəcək.


16 avqust (cümə)

“Keşlə” – “Qarabağ”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov, Etibar Həsənov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Dalğa Arena”, 19:00

17 avqust (şənbə)

“Qəbələ” – “Sumqayıt”

Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 19:00

18 avqust (bazar)

“Səbail” – “Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”, 20:00

19 avqust (bazar ertəsi)

“Neftçi” – “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bakcell Arena”, 20:00

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi