Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Ufuk Budakın çıxış etdiyi "Boluspor"un Türkiyə Kubokunun 1/8 final mərhələsindəki rəqibi müəyyənləşib.
"Report" "CNN Türk"ə istinadən xəbər verir ki, Türkiyə I Liqasında çıxış edən komanda bu mərhələdə "Qalatasaray"la qarşılaşacaq.
Digər İstanbul təmsilçisi "Fənərbağça" isə bu raundda "Ümraniyespor"la üz-üzə gələcək.
"Kayserispor" - "Akhisarspor"
"Boluspor" - "Qalatasaray"
"Ümraniyespor" - "Fənərbağça"
"Yeni Malatyaspor" - "Bodrumspor"
"Başakşehir" - "Hatayspor"
"Trabzonspor" - "Balıkesirspor"
"Alanyaspor" - "Kasımpaşa"
"Antalyaspor" - "Göztepe"
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 2019-cu il 15 - 17 yanvarda, cavab qarşılaşmaları isə 22 - 24 yanvarda baş tutacaq.