Yuxarı
    Bağlamaq

    Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yüksələn bütün komandalar bəlli olub

    Bakı. 6 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsi başa çatıb.

    "Report" xəbər verir ki, axırıncı matçda ölkə kubokunun son qalibi "Keşlə" I Divizion klubu "Şüvəlan"la üz-üzə gəlib. Görüş Premyer Liqa təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda bu nəticədən sonra 1/4 finala yüksəlib. 

    Qeyd edək ki, 1/8 finalın ilk oyunlarında “Sabah” “Ağsu”ya (3:0), “Səbail” “Kəpəz”ə (4:0), “Sumqayıt” isə “Qaradağ Lökbatan”a (4:0) qalib gəlib.

    Beləliklə, 1/4 final mərhələsində aşağıdakı qarşılaşmalar baş tutacaq:

    15-19 dekabr

    “Neftçi” – “Sumqayıt”

    “Zirə” – “Səbail”

    16-20 dekabr

    “Qəbələ” – “Sabah”

    “Qarabağ” – “Keşlə”

    Azərbaycan Kuboku 1/8 final

    6 dekabr

    13:30. "Ağsu” – "Sabah” - 0:3

    Qollar: Bəxtiyar Soltanov, 6. Vitali Kvaşuk, 26. Emil Qasımov, 75

    Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Müslüm Əliyev, İnqilab Məmmədov

    Hakim-inspektor: Munis Abdullayev

    AFFA nümayəndəsi: Sabir Mütəllimov

    Ağsu şəhər stadionu

    13:30. "Kəpəz” – "Səbail” - 0:4

    Qollar: Tome Kitanovski, 11. Aqşin Qurbanlı, 41. Orxan Qurbanlı, 62. Ağabala Ramazanov, 77

    Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elxan Əsgərzadə, Rəşad Əhmədov

    Hakim-inspektor: Azad Mütəllimov

    AFFA nümayəndəsi: Ələddin Ələkbərov

    Gəncə şəhər stadionu

    13:30. "Qaradağ Lökbatan” – "Sumqayıt” - 0:4

    Qollar: Nicat Qurbanov, 14. Süleyman Əhmədov, 29. Ülvi İsgəndərov, 69. 86

    Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Pərvin Talıbov, Vüqar Həsənli

    Hakim-inspektor: Ramiz Əsədov

    AFFA nümayəndəsi: İlham Əliyev

    Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

    17:00. "Şüvəlan” – "Keşlə” - 0:3 

    Qollar: Əzəmət Ələkbərli, 47. Vaqif Cavadov, 50. Andre Klennon, 85 

    Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı

    Hakim-inspektor: Ceyhun Haşımov

    AFFA nümayəndəsi: Mahal Məmmədov

    "AZAL Arena”

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi