Azərbaycan çempionatında elektron tablo və topdaşıyanlara görə cəza

Futbol
  • 18 fevral, 2020
  • 09:26
Azərbaycan çempionatında elektron tablo və topdaşıyanlara görə cəza
Google.az

AFFA İntizam Komitəsi I Divizionun XV turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb. 

"Report"un məlumatına görə, "Qarabağ-2"nin azarkeşləri "Zaqatala" ilə görüşdə pirotexniki maddədən istifadə ediblər. Ağdam təmsilçisi bu səbəbdən 80 manat məbləğində cərimələnib. 

"Zirə-2" komandası "Sabah-2" ilə matçın ikinci hissəsində paltardəyişmə otağını gec tərk edib. Meydan sahibi komanda 5 dəqiqə gecikdiyi üçün 80 manat məbləğində cərimə olunub. Oyunda azərkeşlər üçün tibbi xidmət təşkil edilmədiyi üçün “Zirə-2” daha 80 manat ödəməli olacaq. 

“Sabah-2” isə elektron protokolu vaxtında təqdim etməməsi ilə əlaqədar 80 manat ödəyəcək. 

“Neftçi-2” – “Sumqayıt-2” matçında elektron əvəzetmə tabloları işləməyib və diktor olmayıb. Bu isə "Neftçi"yə 80 manat cərimə bahasına başa gəlib. 

 “Kəpəz” – “Keşlə-2” qarşılaşmasında xərək daşıyanların yaşı 18-dən aşağı olub. Bölgə təmsilçisi elektron protokolu da vaxtında təqdim etməyib və topdaşıyan şəxslərin sayı əsasnamədə qeyd olunandan az olub. "Kəpəz" hər bir çatışmazlığa görə 80 manat ödəyəcək. 

44 - Tezliklə