Azarkeşlər Ronalduya görə təzminat alacaqlar

Azarkeşlər Ronalduya görə təzminat alacaqlar Cənubi Koreyadan olan iki azarkeş ölkənin K Liqası ulduzları yığmasının 2019-cu ilin iyulunda Seulda keçirilmiş matçında İtaliya Yuventusunun futbolçusu Kriştuanu Ronaldunun iştirak etməməsinə görə 313 ABŞ dolları məbləğində təzminat alacaq.
Futbol
5 Fevral , 2020 06:17
Azarkeşlər Ronalduya görə təzminat alacaqlar

Cənubi Koreyadan olan iki azarkeş ölkənin K Liqası ulduzları yığmasının 2019-cu ilin iyulunda Seulda keçirilmiş matçında İtaliya "Yuventus"unun futbolçusu Kriştuanu Ronaldunun iştirak etməməsinə görə 313 ABŞ dolları məbləğində təzminat alacaq.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, görüşün təşkilatçısı “The Fasta Inc” şirkəti əvvəlcə Ronaldunun ən azı bir hissə oynayacağını bildirib. Lakin portuqaliyalı ulduz sonadək ehtiyat oyunçular skamyasında əyləşib.

Qarşılaşmanı təxminən 63 min azarkeş izləyib. Onların çoxu Ronaldunun meydana çıxmamasından narazı qalıb. Bəziləri isə hətta maddi və mənəvi zərər tələbi ilə məhkəməyə müraciət ediblər. Xüsusi halda, iki azarkeş bilet qiymətinin (59 ABŞ dolları) və mənəvi zərəri (847 ABŞ dolları) ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırıb.

Məhkəmə “Fasta Inc”ın bilet üçün azarkeşlərə 59 ABŞ dolları, mənəvi təzminat kimi 252 ABŞ dolları ödəməsi barədə qərar çıxarıb.

Son xəbərlər

Orphus sistemi