Ayxan Abbasov: “Aleksey İsayev tam formada deyil”

Ayxan Abbasov: “Aleksey İsayev tam formada deyil” Bu gün bizim üçün əhəmiyyətli oyun idi. Turnir cədvəlində yerimizi itirə bilərdik. Qalib gəlsəydik irəliləyə bilərdik. Qol epizodlarından istifadə etsəydik hesab böyük olacaqdı. Rəqib əks hücumda qol vurdu. Əsas odur ki, futbolçular qarşılaşmada düşmədilər. Bu gün iki xal itirdik. Qarşıdakı oyunlara hazırlaşacağıq. Rəqibin başqa sxemdə oynamasını gözləyirdik. Onlara uğurlar arzulayıram. Baş məşqçilərin Zaur Həşimovu yaxşı tanıyıram.
Futbol
3 Noyabr , 2019 17:40
Ayxan Abbasov: “Aleksey İsayev tam formada deyil”

"Bu gün bizim üçün əhəmiyyətli oyun idi. Turnir cədvəlində yerimizi itirə bilərdik. Qalib gəlsəydik irəliləyə bilərdik. Qol epizodlarından istifadə etsəydik hesab böyük olacaqdı. Rəqib əks hücumda qol vurdu. Əsas odur ki, futbolçular qarşılaşmada düşmədilər. Bu gün iki xal itirdik. Qarşıdakı oyunlara hazırlaşacağıq. Rəqibin başqa sxemdə oynamasını gözləyirdik. Onlara uğurlar arzulayıram. Baş məşqçilərin Zaur Həşimovu yaxşı tanıyıram".

"Report"un məlumatına görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın X turunda "Zirə" ilə heç-heçə etdikləri (2:2) matçdan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis futbolçu Aleksey İsayevin çıxışı barədə də danışıb: "Onu əvəzedici heyətə göndərmişdik. Amma izləyirdik. Oyunçu istəklidir. Mənə dedi ki, hər şeyi unutmuşam və yaxşı oynamaq istəyirəm. O, tam formada deyil. Alekseyi 60-65 dəqiqə meydanda saxlamaq istəyirdim. Heç bir oyunçudan şikayətim yoxdur. Hamısından razıyam. İkinci yarıda daha çox qol epizodumuz oldu. Rəqib ilk yarıda bizi analiz elədi. Sonra istədiyimiz oyunu sərgiləyə bilmədik. Hücumlar yaxşı alınmadı. Birinci hissədə daha gümrah idik və hücumlar qura bilirdik".

Abbasov qol şanslarından yararlana bilməyən Peyman Babayinin oyunu barədə də fikirlərini deyib: "Peyman Babayi hər oyun epizoda girə bilir. Bu gün istifadə edə bilmədi. Amma istəklidir. Komandaya gələndən sonra yüksək nəticələr göstərir. Bunu hamı görür".

Son xəbərlər

Orphus sistemi