Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək

Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq
Futbol
16 Mart , 2018 07:55
Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

“Report” xəbər verir ki, mərasimdə püşkü Avropa Liqasının final matçının səfiri Erik Abidal çəkəcək.

Püşk nəticəsində 8 komanda 4 cütə bölünəcək. Bu komandalar aşağıdakılardır:

"Latsio” (İtaliya)

"Atletiko” (İspaniya)

"Sportinq” (Portuqaliya)

"Marsel” (Fransa)

Leyptsiq” (Almaniya)

"Arsenal” (İngiltərə)

"Zalsburq” (Avstriya)

MOİK (Rusiya)

Püşkatma zamanı komandaların səpələnmiş və ya səpələnməmiş səbətinə bölünməsi və ya eyni ölkə komandalarının bir-biri ilə düşməməsi halları olmayacaq. Yəni cütlərin tərkibi kor püşk nəticəsində müəyyənləşəcək. İlk oyunlar aprel 5-i, cavab qarşılaşmaları isə aprelin 12-si olacaq. İlk qarşılaşmalar adları birinci göstərilən komandaların meydanlarında keçiriləcək.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi