"Arsenal"ın baş məşqçisi: "Qarabağ" və "Vorksla"la ilə oyunlarımız var"

"Arsenal"ın baş məşqçisi: "Qarabağ" və "Vorksla"la ilə oyunlarımız var" Bakı. 24 noyabr. REPORT.AZ/ Komandanın çoxlu xal toplamasına və bir çox oyunçunun qol vurmasına sevinirəm. Amma biz müdafiədə də daha yaxşı oynamalıq. Rəqiblərin çox xal qazanmasına çox imkan verməməliyik.
Futbol
24 Noyabr , 2018 10:05
Arsenalın baş məşqçisi: Qarabağ və Vorkslala ilə oyunlarımız var

Bakı. 24 noyabr. REPORT.AZ/ "Komandanın çoxlu xal toplamasına və bir çox oyunçunun qol vurmasına sevinirəm. Amma biz müdafiədə də daha yaxşı oynamalıq. Rəqiblərin çox xal qazanmasına çox imkan verməməliyik".

"Report" "The Sun"a istinadən xəbər verir ki, bu fikirləri İngiltərə "Arsenal"ının baş məşqçisi Unay Emeri Premyer Liqanın XIII turunda qarşılaşacaqları "Bornmut"la matçdan öncə mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis komandasının hazırda pis çıxış etmədiyini vurğulayıb: "16 oyunda məğlub olmamağımız çox yaxşıdır. Amma son üç qarşılaşmada heç-heçə etmişik. Bu, heç də yaxşı deyil. İlk "4-lüy"ə daha yaxın olmaq üçün yenidən qalib gəlməyə başlamalıyıq".

İspaniyalı məşqçi UEFA Avropa Liqası barədə də danışıb: "Turnirdə növbətə mərhələyə vəsiqə qazanmışıq. Ammma qrupu birinci pillədə başa vurmaq istəyirik. "Qarabağ""Vorksla"ya ilə oyunlarımız var".

U.Emeri son olaraq ilin sonundakı sıx qrafiklə bağlı fikirlərini bölüşüb: "İngiltərə Liqa Kubokunda "Tottenhem"lə qarşılaşacağıq. Ancaq hazırda bizim üçün əsas olan Premyer Liqadır. Xeyli matç var və dəyişikliklər edəcəyik. Bir çox oyunçuya komandaya kömək etməsi üçün şans verəcəyik".

Qeyd edək ki, "Arsenal" "Qarabağ"la Bakıda keçirdiyi oyunda 3:0 hesabı ilə qalib gəlib. Bu komandalar Londonda dekabrın 13-də görüşəcəklər.

Son xəbərlər

Orphus sistemi