Yuxarı

AFFA İcraiyyə Komitəsi üzvlüyünə irəli sürülmüş namizədlərin adları açıqlanıb - SİYAHI

Namizədlərin sayı 11-dir

Bakı. 25 fevral. REPORT.AZ/ AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, AFFA-nın 2016-cı il martın 11-də keçiriləcək Hesabat-Seçki Konfransında İcraiyyə Komitəsinə seçki keçiriləcək. "Report"un məlumatına görə, Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə hər bir namizəd yalnız bir AFFA üzvü və dolayı üzvü tərəfindən Konfransın keçirilmə tarixindən ən azı 15 gün əvvəl təklif olunmalıdır. 

Bu gün qeyd olunmuş müddət başa çatıb. İcraiyyə Komitəsinin üzvlüyünə 11 namizəd irəli sürülüb:

Peşəkar Futbol Liqası – 4 yer

1. Rauf Əliyev – AZAL PFK tərəfindən

2. Vaqif Sadıqov – "Sumqayıt" FK tərəfindən

3. Elşad Nəsirov – "Neftçi" PFK tərəfindən

4. Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən

5. Tuyqun Nadirov - "Xəzər Lənkəran" FK tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

1. Kazbek Tuayev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

2. İsgəndər Cavadov – Şimal Regional Futbol Federasiyası tərəfindən

Sahə Futbol Federasiyaları – 2 yer

1. Mahir Məmmədov – Azərbaycan Futzal Federasiyası tərəfindən

2. Mirkamil Rəhimov – Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən

İctimai Futbol Təşkilatları – 2 yer

1. Elmar Məmmədyarov – Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

2. Firudin Qurbanov – Futbol Hakimləri İctimai Birliyi tərəfindən

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi