Yuxarı

Elşad Nəsirov

 - 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti



2010

2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. Rus, ingilis, fars, hind dillərini bilir.

2005

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.

2003

2003-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi vəzifəsində işləyib. 2003-cü ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

1997

1997-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsinin rəisi vəzifəsində işləyib.

1995

1995-1997-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi aparatında şöbə müdiri vəzifəsinə irəli çəkilib.

1992

Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-1995-ci illər ərzində Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyində çalışıb.

1989

1989-1992-ci illər ərzində SSRİ-nin Hindistandakı səfirliyində işləyib.

1985

1985-1989-cu illərdə SSRİ Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

1982

1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib. 1982-1985-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışıb.

1981

1981-1982-ci illərdə SSRİ-nin Əfqanıstandakı səfirliyində çalışıb.

1960

Nəsirov Elşad Mustafa oğlu 1960-cı ildə Bakı şəhərində anadan olub.