"Zirə"nin yeni transferi Kiyev "Dinamo"sundan ayrılmasının səbəblərini açıqlayıb

"Zirə"nin yeni transferi Kiyev "Dinamo"sundan ayrılmasının səbəblərini açıqlayıb "Zirə"nin yeni transferi Vladislav Kulaçın Ukraynanın "Dinamo" (Kiyev) klubundan ayrılmasının səbəblərini bəlli olub.
Futbol
27 Yanvar , 2023 16:37
Zirənin yeni transferi Kiyev Dinamosundan ayrılmasının səbəblərini açıqlayıb

"Zirə"nin yeni transferi Vladislav Kulaçın Ukraynanın "Dinamo" (Kiyev) klubundan ayrılmasının səbəblərini bəlli olub.

"Report"un məlumatına görə, 29 yaşlı futbolçu bu barədə "Football TIME" nəşrinə açıqlama verib.

Ukraynalı hücumçu il yarım oynamadığı üçün Kiyev təmsilçisi ilə vidalaşdığını söyləyib: "Bu, çox çətindir. "Dinamo"dan təklif alanda düşündüm, razılaşdım. Oyunçularla, komanda ilə tanış oldum. Bunun üçün şadam. Amma futbol baxımından mənim üçün o qədər də yaxşı deyildi".

Kulaç zədələrlə də üzləşdiyini etiraf edib: "Gizlətmirəm, bunu hamı bilir. Ancaq dəstək hiss etmədim. Baş məşqçinin münasibətini gördüm və orada oynaya bilməyəcəyimi başa düşdüm".

Qeyd edək ki, Vladislav Kulaç 2021-ci ilin yayından formasını geyindiyi “Dinamo”da ümumilikdə 7 oyuna çıxıb, 1 qol vurub. Transfer qiyməti 700 000 avroya bərabər göstərilən hücumçu “Zirə” ilə 1,5 illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi