"Zirə"nin Avropa Liqasındakı rəqibi yoxlama görüşü keçirib

Futbol
  • 27 iyun, 2024
  • 06:19
Zirənin Avropa Liqasındakı rəqibi yoxlama görüşü keçirib

"Zirə" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan "Şerif" (Moldova) yoxlama görüşü keçirib.

"Report" xəbər verir ki, Tiraspol təmsilçisi Moldovanın digər klubu "Petrokub"la üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, "Şerif" və "Zirə" arasında keçiriləcək ilk görüş iyulun 11-də, saat 21:00-da “Şerif” İdman Kompleksində reallaşacaq. Cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.