"Zirə" müdafiəçini razı sala bilmədi
Futbol
- 17 iyul, 2020
- 06:28
"Zirə" klubdan ayrılan Azərbaycan millisinin sabiq futbolçusu Bəxtiyar Həsənalızadəyə yeni müqavilə təklif edib.
Bu barədə "Report"a 28 yaşlı müdafiəçinin özü məlumat verib. Oyunçu bildirib ki, sözləşmə şərtləri ilə razılaşa bilmədikləri üçün yollar ayrılıb.
Həsənalızadə hələ heç bir komandadan təklif almadığını söyləyib: "Zirə" ilə danışdıq və bəzi məsələlərdə razılıq əldə edə bilmədik. Detalları açıqlamaq istəmirəm. Hazırda ilk növbədə, ölkə xaricində çıxmaq istəyirəm".
Müdafiəçi sabiq komandası "Sumqayıt"a qayıtma ehtimalı barədə isə bunları deyib: "Hələ ki, "Sumqayıt"dan heç kim mənimlə əlaqə saxlamayıb".
Qeyd edək ki, Bəxtiyar Həsənalızadə 2019/2020 mövsümünün əvvəlində "Zirə"yə məhz "Sumqayıt"dan keçib.
Son xəbərlər
11:09
Sibiqa: Müharibənin bir günü Ukraynaya 450 milyon dollara başa gəlir
Digər ölkələr11:00
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılıb
İnfrastruktur10:54
PISA 2025 tədqiqatında Azərbaycandan 7 432 şagird iştirak edib
Elm və təhsil10:29
Uitkoff və Kuşner yaxın vaxtlarda Kiyev və Moskvaya səfər edəcəklər
Digər ölkələr10:25
Region teatrlarında rəhbər vəzifələr üçün müsabiqəyə 191 müraciət daxil olub
Mədəniyyət siyasəti10:21
Foto
Video
Füzulidə yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb
Hadisə10:18
Evren Alkaya ilə Azərbaycan Basketbol Federasiyası arasında əməkdaşlıq başa çatıb
Komanda10:11
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Energetika10:04