"Zirə" yeni transferini açıqlayıb

"Zirə" yeni transferini açıqlayıb "Zirə" bu gün haitili futbolçu ilə rəsmi müqavilə imzalayacaq.
Futbol
28 Yanvar , 2023 12:29
Zirə yeni transferini açıqlayıb

"Zirə" haitili futbolçu Donald Geryenin transferini açıqlayıb.

Klubdan "Report"a verilən məlumata görə, 34 yaşlı yarımmüdafiəçi ilə yarım mövsüm+1 illik müqavilə imzalanıb.

Haiti millisinin kapitanı karyerası ərzində ölkəsinin “Violette”, “Amerika des Kayes”, Polşanın “Visla”(Krakov), “Vieçesta”, Türkiyənin “Alanyaspor”, Kiprin “Apollon” və “Olimpiakos” klublarında da çıxış edib. O, daha əvvəl Azərbaycanda “Qarabağ” və “Neftçi”nin də formasını geyinib.

11:14

"Zirə" bu gün haitili futbolçu Donald Gerye ilə rəsmi müqavilə imzalayacaq.

"Report"un məlumatına görə, artıq Bakıda olan 34 yaşlı yarımmüdafiəçi tibbi müayinədən uğurla keçib.

Təcrübəli oyunçu "qartallar"la 1,5 illik sözləşməyə qol çəkəcək.

Qeyd edək ki, 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinən Vild-Donald Gerye 2019-2020 mövsümünü “Neftçi”də, 2020-2021 mövsümünün isə ilk yarısını yenidən Ağdam klubunda keçirib. O, hazırda Kiprin “Olimpiakos” klubunda çıxış edir.

Son xəbərlər

Orphus sistemi