"Zirə" Azərbaycan millisinin yarımmüdafiəçisini transfer edib

Futbol
  • 17 iyun, 2022
  • 15:45
Zirə Azərbaycan millisinin yarımmüdafiəçisini transfer edib

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "qartallar" Azərbaycan millisinin yarımmüdafiəçisi Rəhim Sadıxovla anlaşıb. 26 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, son klubu "Sumqayıt" olan Rəhim Sadıxov daha əvvəl Rusiyanın "Solyaris" (Moskva) və "Torpedo" (Moskva) komandalarında çıxış edib.