"Yuventus"un müdafiəçisi iki həftə oynamayacaq

"Yuventus"un müdafiəçisi iki həftə oynamayacaq 35-ci dəqiqədə təcrübəli oyunçunun yerinə meydana Merih Demiral daxil olub
Futbol
18 Fevral , 2021 17:01
Yuventusun müdafiəçisi iki həftə oynamayacaq
Corco Kyellini

Çempionlar Liqasının 1/8 finalında Portuqaliyada "Portu" ilə ilk matçda zədələnən "Yuventus"un futbolçusu Corco Kyellininin durumuna aydınlıq gəlib.

"Report" "Il Bianconero" nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçinin iki həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

35-ci dəqiqədə təcrübəli oyunçunun yerinə meydana Merih Demiral daxil olub.

Qeyd edək ki, "Yuventus" rəqibinə 1:2 hesabı ilə uduzub. Komandalar arasında cavab oyunu martın 9-da olacaq.

Son xəbərlər

Orphus sistemi