"Yuventus"un futbolçusu sürücülük hüququndan məhrum edilib

"Yuventus"un futbolçusu sürücülük hüququndan məhrum edilib İtaliyanın "Yuventus" klubunun hazırda "Ayaks"da (Niderland) icarədə olan müdafiəçisi Daniele Ruqani sərxoş vəziyyətdə avtomobil sürdüyünə görə məhkəmə tərəfindən sürücülük hüququndan 6 aylıq məhrum edilib.
Futbol
14 fevral 2025 06:25
Yuventusun futbolçusu sürücülük hüququndan məhrum edilib
Daniele Ruqani

İtaliyanın "Yuventus" klubunun hazırda "Ayaks"da (Niderland) icarədə olan müdafiəçisi Daniele Ruqani sərxoş vəziyyətdə avtomobil sürdüyünə görə məhkəmə tərəfindən 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.

"Report" "La Repubblica"ya istinadən xəbər verir ki, futbolçu həmçinin 2 min avro cərimələnib və "Maserati" markalı avtomobili müsadirə olunub.

D.Ruqani 2023-cü ilin iyulunda Turinin kənarında kiçik qəza törətdikdən sonra polis tərəfindən saxlanılıb. Həmin vaxt xəsarət alan olmayıb. Alkoqol testi futbolçunun qanında spirtli içkinin icazə verilən həddən üç dəfə çox olduğunu göstərib. Onun 5 min avro cərimə və avtomobilindən imtina etməklə məhkəmədən yayınmaq şansı olsa da, vəkilləri vasitəsilə sükan arxasında sərxoş olmadığını sübut etməyə qərar verib.

30 yaşlı müdafiəçinin vəkilləri alkoqol testinin nəticələrinə etirazlarını bildirərək, düzgün yoxlanış aparılmadığı və polislərin şahidliyinin kifayət etmədiyi barədə iddia qaldırıblar.

Qeyd edək ki, D.Ruqaninin Niderland klubu ilə icarə müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi