Yeni klubu "Qarabağ"dan ayrılan İslandiya yığmasının qapıçısını təqdim edib - VİDEO
- 10 aprel, 2019
- 05:21
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qarabağ”dan ayrılan İslandiya yığmasının qapıçısı Hannes Halldorsson karyerasını “Valür”də davam etdirəcək.
“Report” xəbər verir ki, Reykyavik təmsilçisi 34 yaşlı futbolçunun transferini “Twitter” səhifəsi vasitəsilə açıqlayıb. Onunla 2022-ci ilədək müqavilə bağlanılıb. Sözləşməyə əsəsən, Halldorsson klubun aşağı yaş qrupları üzrə komandalarında qapıçılar üzrə məşqçi kimi də fəaliyyət göstərəcək.
"Valür" ötən mövsüm 22-ci dəfə İslandiya çempionu olub.
Qeyd edək ki, Hannes Halldorsson ötən ilin iyulunda “Qarabağ”la iki illik müqavilə bağlayıb. O, cari mövsümdə cəmi 8 oyunda (4 Premyer Liqa, 4 avrokubok) meydanda olub. Təcrübəli qapıçı mövsüm başa çatmamış Ağdam təmsilçisi ilə yollarını ayırıb.
Hannes Þór Halldórsson landsliðsmarkvörður í Val
— ValurFotbolti (@Valurfotbolti) 9 апреля 2019 г.
Hannes Þór Halldórsson landsliðmarkvörður Íslands gengur til liðs við Íslandsmeistara Vals. #valurfotbolti #fotboltinet #ksi #pepsideildin #pepsimaxdeildin #origo #ruvithrottir #stod2sport https://t.co/AVH2pVdKdg pic.twitter.com/vBUn3kWnh8