Yanne Andersson: “Azərbaycan yığması bizdən geridə olmasa, Avropa çempionatına gedə bilmərik”

Yanne Andersson: “Azərbaycan yığması bizdən geridə olmasa, Avropa çempionatına gedə bilmərik” “Azərbaycan və Estoniya yığmaları bizdən geridə olmasalar, Avropa çempionatına gedə bilmərik”.
Futbol
15 mart 2023 11:48
Yanne Andersson: “Azərbaycan yığması bizdən geridə olmasa, Avropa çempionatına gedə bilmərik”
Yanne Andersson

“Azərbaycan və Estoniya yığmaları bizdən geridə olmasalar, Avropa çempionatına gedə bilmərik”.

“Report”un məlumatına görə, bunu İsveç yığmasının baş məşqçisi Yanne Andersson AVRO-2024-ün seçmə qrup mərhələsindəki şanslarını dəyərləndirərkən deyib.

61 yaşlı mütəxəssis final mərhələsinə yollanmaq istədiklərini bildirib.

O, Belçika və Avstriya millilərini özlərinə əsas rəqib kimi göstərib: “Bu uğuru səkkiz oyun seriyasında əldə etməliyik. Ya Avstriya, ya da Belçikanı geridə qoymalıyıq. Final mərhələsinə getmək istəyirik. Əsas sual bunu necə bacaracağımızdır. Hücumda və müdafiədə necə oynamaq lazım olduğunu bilməliyik”.

Qeyd edək ki, İsveç yığması martın 24-də Belçika, bundan üç gün sonra isə Azərbaycan millisini Solnada qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi