Yan Voroqovski: "Azərbaycan millisini güclü komanda kimi tanıyırıq"

Yan Voroqovski: "Azərbaycan millisini güclü komanda kimi tanıyırıq" "Azərbaycanı millisini güclü komanda kimi tanıyırıq".
Futbol
24 Sentyabr , 2022 17:11
Yan Voroqovski: Azərbaycan millisini güclü komanda kimi tanıyırıq

"Azərbaycan millisini güclü komanda kimi tanıyırıq".

"Report"un məlumatına görə, bunu Qazaxıstan yığmasının futbolçusu Yan Voroqvski Bakıda Azərbaycana qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan əvvəl mətbuat konfransında deyib.

26 yaşlı müdafiəçi rəqibə hörmətlə yanaşdıqlarını bildirib: "Bilirik ki, ölkənizdə "Qarabağ" kimi güclü klublar. İstərdik ki, bizə də hörmət etsinlər".

O, matçın çətin olacağını söyləyib: "Sabah yüz faizlik nəticə əldə edəcəyik. Hansı taktiki ilə oynamışıqsa, yenə də eynisini tətbiq edəcəyik. Rəqib son 2 oyunda qələbə qazanıb. Slovakiyadakı nəticə bizim üçün sürpriz olmadı. Bu münasibətlə Azərbaycanı təbrik edirik".

Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi