Xabi Alonso "Bavariya"nın baş məşqçisi ola bilər

Xabi Alonso "Bavariya"nın baş məşqçisi ola bilər Tomas Tuxel komandadan ayrılsa, 42 yaşlı mütəxəssis bu posta əsas namizəd olacaq
Futbol
15 Sentyabr , 2023 10:13
Xabi Alonso Bavariyanın baş məşqçisi ola bilər

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın "Bayer 04" klubunun baş məşqçisi Xabi Alonso "Bavariya"da işləyə bilər.

"Report" yerli "Bild" nəşrinə istinadən xəbər verir ki, Tomas Tuxel komandadan ayrılsa, 42 yaşlı mütəxəssis bu posta əsas namizəd olacaq.

Bildirilib ki, Münhen təmsilçisinin rəhbərliyi Alonsonun böyük fanatıdır. Sədr Karl-Haynts Rummeniqqe onu yaxından izləyir. Hətta gənc mütəxəssisə etibar etdikləri üçün müdafiəçi Yosip Stanişiçi Leverkuzen təmsilçisinə icarəyə veriblər.

Tomas Tuxelin Almaniya millisinin "sükanı arxasına" keçmək ehtimalı var.

Qeyd edək ki, Xabi Alonso 2022-ci ilin oktyabrından "Bayer 04"də işləyir. Onun müqaviləsi 2026-cı ilə qədər qüvvədədir.

İngilis versiyası Xabi Alonso may coach Bayern

Son xəbərlər

Orphus sistemi