Xabi Alonso "Bavariya"nın baş məşqçisi ola bilər
Futbol
- 15 sentyabr, 2023
- 06:13
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın "Bayer 04" klubunun baş məşqçisi Xabi Alonso "Bavariya"da işləyə bilər.
"Report" yerli "Bild" nəşrinə istinadən xəbər verir ki, Tomas Tuxel komandadan ayrılsa, 42 yaşlı mütəxəssis bu posta əsas namizəd olacaq.
Bildirilib ki, Münhen təmsilçisinin rəhbərliyi Alonsonun böyük fanatıdır. Sədr Karl-Haynts Rummeniqqe onu yaxından izləyir. Hətta gənc mütəxəssisə etibar etdikləri üçün müdafiəçi Yosip Stanişiçi Leverkuzen təmsilçisinə icarəyə veriblər.
Tomas Tuxelin Almaniya millisinin "sükanı arxasına" keçmək ehtimalı var.
Qeyd edək ki, Xabi Alonso 2022-ci ilin oktyabrından "Bayer 04"də işləyir. Onun müqaviləsi 2026-cı ilə qədər qüvvədədir.
Son xəbərlər
10:28
İrana endirilən zərbələr nəticəsində 226 şagirdlə 55 müəllim həlak olub
Region10:15
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
Hadisə10:08
Video
Masazırda avtomobildə başlayan yanğın digər maşına keçib
Hadisə10:03
İranın Bəndər-Pol limanına endirilən zərbə nəticəsində beş nəfər həlak olub
Region09:58
Tofiq Musayev UFC-də qazandığı ilk qələbəni şərh edib
Fərdi09:51
Dağıstanda güclü yağışlar nəticəsində yüzlərlə ev su altında qalıb
Region09:34
ÜTT danışıqları ABŞ və Hindistan arasındakı fikir ayrılıqları səbəbindən dalana dirənib
Digər ölkələr09:28
Azərbaycan Basketbol Liqasının XX turunda bu gün bir oyun keçiriləcək
Komanda09:13