İspaniya La Liqasının birinci turunda “Sevilya” öz meydanında “Valensiya”nı qəbul edib.
“Report” xəbər verir ki, Ramon Sançes Pisxuan stadionunda baş tutan matçın taleyi son dəqiqələrdə həll olunub.
Oyunda hesabı qonaqlar açıb. 60-cı dəqiqədə Muktar Diakabi Andre Almeydanın ötürməsindən sonra komandasını irəli çıxarıb. Cəmi 9 dəqiqə sonra Susonun ötürməsi ilə Yussef En-Neseri "status-kvo"nu bərpa etsə də, bu, xal qazanmaq üçün yetərli olmayıb. Belə ki, 81-ci dəqiqədə “Sevilya” azlıqda qalıb: Loik Bade qırmızı vərəqə alaraq meydanı tərk edib. Təzyiqi artıran “Valensiya” son dəqiqələrdə hesabı öz xeyrinə dəyişə bilib. 88-ci dəqiqədə Xavyer Querra topu qapıya göndərib. Ona məhsuldar ötürməni isə Uqo Duro verib. Hakim Xose Mariya Sançesin əlavə etdiyi 11 dəqiqə də ev sahibi komandaya kömək olmayıb. Beləliklə, “Sevilya” doğma azarkeşləri önündə “Valensiya”ya 1:2 hesabı ilə uduzub.
Xatırladaq ki, “Sevilya” 2022/2023 mövsümünün sonunda 12-ci pillədə qərarlaşsa da, Avropa Liqasının qalibi olub və bu səbəbdən cari mövsümdə Çempionlar Liqasında çıxış edəcək. “Valensiya” isə ötən mövsüm çempionatı16-cı bitirib.