Uruqvay yığmasının baş məşqçisi 15 ildən sonra istefaya göndərilib

Uruqvay yığmasının baş məşqçisi 15 ildən sonra istefaya göndərilib Uruqvayın futbol üzrə millisinin baş məşqçisi Oskar Tabares vəzifəsindən azad edilib.
Futbol
20 Noyabr , 2021 05:32
Uruqvay yığmasının baş məşqçisi 15 ildən sonra istefaya göndərilib

Uruqvayın futbol üzrə millisinin baş məşqçisi Oskar Tabares vəzifəsindən azad edilib.

“Report”un məlumatına görə, bu barədə Uruqvay Futbol Assosiasiyasının tvitter hesabında məlumat verilib.

74 yaşlı mütəxəssis millidə 15 illik fəaliyyətindən sonra komandadan ayrılıb. 2016-cı ildə ona ağır xəstəlik diaqnozu qoyulub. Hazırda Tabares sərbəst yeriyə bilmir.

Tabares iki dəfə Uruqvay millisinə rəhbərlik edib. Bu, ilk dəfə 1988-ci ildə olub və 2006-cı ildə bu vəzifəyə qayıdıb. O, üç dünya çempionatında, beş Amerika Kubokunda komandaya rəhbərlik edib. Tabares 2011-ci ildə komandasına 1995-ci ildən bəri ilk Amerika Kubokunda qələbə qazandırıb.

1988-1990 və 2006-2021-ci illərdə Uruqvay millisinə rəhbərlik edən təcrübəli baş məşqçi 214 matçda iştirak edib. Bu, milli komandanın baş məşqçisi üçün üçüncü rekorddur.

Son xəbərlər

Orphus sistemi