Ukraynada oynayan futbolçu millimizdən imtina etdi

Ukraynada oynayan futbolçu millimizdən imtina etdi Ukraynanın "Kremen" komandasında çıxış edən azərbaycanlı futbolçu Tuqay Əlizadə Azərbaycanın U-19 millisində oynamaqdan imtina edib.
Futbol
12 İyul , 2021 11:14
Ukraynada oynayan futbolçu millimizdən imtina etdi
Tuqay Əlizadə

Ukraynanın "Kremen" komandasında çıxış edən azərbaycanlı futbolçu Tuqay Əlizadə Azərbaycanın U-19 millisində oynamaqdan imtina edib.

Bu barədə "Report"a U-20 yığmasının baş məşqçisi Samir Əliyev məlumat verib. 42 yaşlı mütəxəssis bildirib ki, 19 yaşlı yarımmüdafiəçinin ailəsi və özü ilə bir neçə dəfə danışıq aparılsa da, nəticə müsbət olmayıb: "Tuqay Ramin Quliyevin baş məşqçi olduğu vaxt U-17-də olub. Bir və ya iki toplanışda iştirak edib. 2019-2020-ci illərdə onun özü ilə əlaqə saxlamışıq. Hətta AFFA rəsmiləri Kiyevdə futbolçunun valideynləri ilə görüşüb. Lakin Tuqay Azərbaycan millisində oynamaq istəməyib. Valideynləri də buna qarşı olublar".

Baş məşqçi Əliyevin limit məsələsinə görə təklifi qəbul etmədiyini söyləyib: "Tuqay Azərbaycan vətəndaşlığını qəbul etsə, Ukraynada legioner sayılacaq. O, məhz bu amilə görə gəlmədi".

Qeyd edək ki, Ukraynada daha əvvəl Donetsk "Şaxtyor"u və "Mariupol"un formasını geyinmiş Tuqay Əlizadə hazırda II liqada mübarizə aparan "Kremen" klubununun heyətində yeni mövsümə hazırlaşır.

Son xəbərlər

Orphus sistemi