Çempionlar Liqasında mövsümün son püşkatmasının detalları açıqlandı

Çempionlar Liqasında mövsümün son püşkatmasının detalları açıqlandı Püşkatmada 1/4 final və yarımfinal mərhələlərində üz-üzə gələcək cütlüklər müəyyənləşməklə yanaşı, final matçının nominal meydan sahibi də bəlli olacaq
Futbol
741
7 İyul , 2020 16:28
Çempionlar Liqasında mövsümün son püşkatmasının detalları açıqlandı

UEFA cari mövsüm Çempionlar Liqasında son püşkatmanın detallarını açıqlayıb.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, mərasim əvvəldən də bilindiyi kimi, iyulun 10-da İsveçrənin Nyon şəhərində olacaq və Bakı vaxtı ilə 14:00-da start götürəcək.

Püşkatmada 1/4 final və yarımfinal mərhələlərində üz-üzə gələcək cütlüklər müəyyənləşməklə yanaşı, final matçının nominal meydan sahibi də bəlli olacaq.

1/4 finaldan etibarən eyni ölkə təmsilçiləri bir-birilərinə rəqib ola bilərlər. Əlavə məhdudiyyətlər tədbirdən əvvəl təsdiqlənəcək.

Bu mərhələnin 4 iştirakçısı artıq məlumdur: "Atalanta" (İtaliya), "Atletiko" (Madrid, İspaniya), "Leyptsiq" (Almaniya) və PSJ (Fransa).

Növbəti 4 kollektiv isə 7-8 avqust tarixlərindəki cavab matçlarından sonra bilinəcək:

"Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə)

İlk oyun - 0:3

"Barselona" (İspaniya) - "Napoli" (İtaliya)

İlk oyun - 1:1

"Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya)

İlk oyun - 2:1

"Yuventus" (İtaliya) - "Lion" (Fransa)

İlk oyun - 0:1

1/4 finaldan etibarən qarşılaşmalar Portuqaliyanın paytaxtı Lissabonda "8-lər finalı" formatında keçiriləcək və 1 matçdan ibarət olacaq.

12-15 avqust

1/4 final

18-19 avqust

Yarımfinal

23 avqust

Final