UEFA Millətlər Liqası: Azərbaycan millisi Kipr ilə heç-heçə edib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Kipr ilə heç-heçə edib Qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk dəfə təşkil olunan UEFA Millətlər Liqasında keçirdiyi ilk oyunda Kipr ilə heç-heçə edib.
Futbol
22 Sentyabr , 2023 19:13
UEFA Millətlər Liqası: Azərbaycan millisi Kipr ilə heç-heçə edib

Qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk dəfə təşkil olunan UEFA Millətlər Liqasında keçirdiyi ilk oyunda Kipr ilə heç-heçə edib.

"Report" xəbər verir ki, “Dalğa Arena”da keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Moldovadan olan hakimlər briqadasının idarə etdiyi görüşün 46-cı dəqiqəsində hesabı Sevinc Cəfərzadə açıb. Qonaqların bərabərlik qolunu isə 66-cı dəqiqədə Elena Aristodimou vurub.

Qeyd edək ki, milli komandamız ikinci oyununu sentyabrın 26-da Podqoritsa şəhərində Monteneqroya qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi