UEFA-dan Mahir Emreli açıqlaması

UEFA-dan Mahir Emreli açıqlaması UEFA Millətlər Liqasının I turunun Lüksemburqla ev oyununda (1:2) qırmızı vərəqə alaraq meydandan qovulan Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı qərar qarşıdakı günlərdə veriləcək.
Futbol
2078
15 Sentyabr , 2020 15:30
UEFA-dan Mahir Emreli açıqlaması

UEFA Millətlər Liqasında I turun Lüksemburqla ev oyununda birbaşa qırmızı vərəqə alaraq cəzalandırılmış Azərbaycan yığmasının futbolçusu Mahir Emreli ilə bağlı qərarı gələn həftə verəcək. 

Bu barədə qitə futbol qurumundan "Report"un sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, 23 yaşlı hücumçunun məsələsinə UEFA Nizam-İntizam Komitəsinin sentyabrın 22-dəki iclasında baxılacaq. Qərar qəbul olunduqdan bir neçə gün sonra ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, Mahir Emreli Lüksemburqla görüşün 26-cı dəqiqəsində rəqibi vurduğu üçün meydandan qovulub. "Qarabağ"ın futbolçusu bu səbəbdən Millətlər Liqasının II turunda Kiprlə səfər matçını avtomatik buraxıb. Azərbaycan yığması Lüksemburqa 1:2 hesabı ilə uduzsa da, Kipri yenməyi bacarıb - 1:0. 

Son xəbərlər

Orphus sistemi