UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Zirə" Slovakiyanın "DAK 1904" klubu ilə qarşılaşıb.
"Report" xəbər verir ki, "Dalğa Arena"da baş tutan matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 29-cu dəqiqədə Rafael Utziq açıb. 31-ci dəqiqədə Junior Martins fərqi iki topa çatdırıb. Qarşılaşmanın yekun nəticəsini isə 51-ci və 53-cü dəqiqələrdə fərqlənməklə dubl edən David Volkov müəyyənləşdirib.
Qeyd edək ki, " DAK 1904" və "Zirə" komandaları arasında cavab görüşü 1 həftə sonra Slovakiyada baş tutacaq.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "DAK 1904" (Slovakiya) oyununda daha iki qol vurulub.
"Report" xəbər verir ki, "Dalğa Arena"da keçirilən görüşdə Bakı klubu ikinci hissədə rəqibini daha iki dəfə məyus edib - 4:0.
51-ci və 53-cü dəqiqələrdə David Volkov vurduğu qollarla dubl müəllifi olub.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "DAK 1904" (Slovakiya) oyununda ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, "Dalğa Arena"da keçirilən görüşdə Bakı klubu öndədir - 2:0.
29-cu dəqiqədə Rafael Utziq, 31-ci dəqiqədə isə Junior Martins rəqib qapısına yol tapıb.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "DAK 1904" (Slovakiya) oyununda ilk hissə başa çatıb.
"Report" xəbər verir ki, "Dalğa Arena"da keçirilən görüşdə Bakı klubu öndədir - 2:0
29-cu dəqiqədə Rafael Utziq, 31-ci dəqiqədə isə Junior Martins rəqib qapısına yol tapıb.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "DAK 1904" (Slovakiya) matçında ardıcıl iki qol vurulub.
"Report" xəbər verir ki, "Dalğa Arena"da keçirilən görüşdə Bakı klubu rəqibini iki dəfə məyus edib.
29-cu dəqiqədə Rafael Utziq, 31-ci dəqiqədə isə Junior Martins rəqib qapısına yol tapıb.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "DAK 1904" (Slovakiya) matçı start götürüb.
"Report" xəbər verir ki, qarşılaşma "Dalğa Arena"da keçirilir.
Görüşü lüksemburqlu baş hakim İvo Torres idarə edir.