UEFA Yunanıstan klubuna şərti cəza verib

UEFA Yunanıstan klubuna şərti cəza verib Bakı. 22 fevral. REPORT.AZ/ UEFA İntizam Komitəsi Yunanıstanın AEK klubuna avrokuboklardan kənarlaşdırmaq barədə şərti cəza tətbiq edib.
Futbol
22 Fevral , 2019 18:23
UEFA Yunanıstan klubuna şərti cəza verib

Bakı. 22 fevral. REPORT.AZ/ UEFA İntizam Komitəsi Yunanıstanın AEK klubuna avrokuboklardan kənarlaşdırmaq barədə şərti cəza tətbiq edib.

"Report" UEFA-nın saytına istinadən xəbər verir ki, qurum Afina təmsilçisinə bunun üçün iki illik sınaq müddəti verib.

Klub azarkeşləri Çempionlar Liqasının qrup mərhələsində Hollandiya "Ayaks"ı ilə ev matçında qonaq komandanın fanatlarına hücumlar edib. Oyun zamanı da azarkeşlər arasında iğtişaşlar baş verib və onlar bir-birilərinə pirotexniki vasitələr atıblar. Bu cür hallar təkrarlanacağı təqdirdə, AEK bir mövsümlük avrokuboklardan kənarlaşdırılacaq. 

Yunanıstan klubu iki avrokubok oyununu boş tribunalar önündə oynamaqla yanaşı, 80 min avro məbləğində də cərimələnib.

Qeyd edək ki, qarşılaşma "Ayaks"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi