UEFA Bolqarıstan milli komandasını iki oyunluq cəzalandırıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna yığmanın AVRO-2020-nin seçmə mərhələsində oktyabrın 14-də İngiltərəyə uduzduqları matçda (0:6) baş verənlər səbəb olub. Bolqarıstan yığması qarşıdakı iki ev matçını azarkeşsiz keçirəcək
Yerli azarkeşlər həmin qarşılaşmada irqçi şüarlar səsləndiriblər və meydana kənar əşyalar atıblar. UEFA bunlara görə Bolqarıstan Futbol İttifaqını 75 min avro məbləğində cərimələyib.
Qurum İngiltərə Futbol Assosiasiyasına dövlət himni zamanı səs-küy yarandığı üçün 5 min avro cərimə kəsib.
Qeyd edək ki, Bolqarıstan Futbol İttifaqının prezidenti Borislav Mixaylov və baş məşqçi Krasimir Balakov İngiltərəyə uduzduqları matçdan sonra istefa verib. Daha Mixail Kasabov müvəqqəti prezident Georgi Dermenciyev isə baş məşqçi təyin olunub.