Tyaqo Alkantara "Barselona"nı tərk edib
Futbol
- 16 avqust, 2024
- 12:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tyaqo Alkantara İspaniyanın "Barselona" klubunun məşqçilər korpusunu tərk edib.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı sabiq futbolçunu Kataloniya təmsilçisinin gənclərdən ibarət komandası ilə işləyən Arnau Blanko əvəzləyib. İyulda karyerasını bitirdiyini elan etdikdən sonra T.Alkantara "Barselona" klubunda baş məşqçi Hans Flikin köməkçisi vəzifəsinə təyin olunmuşdu.
Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü Çempionlar Liqasının (2) və Klublararası Dünya Çempionatının qalibi, 7 qat Almaniya, 4 qat İspaniya çempionudur. O, İspaniya millisində meydana çıxdığı 46 oyunda 2 qolla yadda qalıb.
Son xəbərlər
12:55
Almaniyada kütləvi atışma təhdidi səbəbindən bəzi məktəblərdə dərslər ləğv edilib
Digər ölkələr
12:54
Məktəbli forması qaydaları təhsil hüquqlarının məhdudlaşdırılması halları kimi qiymətləndirilməməlidir - RƏY
Elm və təhsil
12:53
"İmişli" baş məşqçisi Fərid Namazovla müqaviləyə zəif nəticələrə görə xitam verib
Futbol
12:53
Rütte Bolqarıstanın Baş naziri ilə Qara dənizdə gəmilərə hücumları müzakirə edib
Digər ölkələr
12:44
Ermənistan dəmir yollarını xilas etmək istəyir - Bakı ilə sülh nəyi dəyişəcək?
Analitika
12:41
Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
Ekologiya
12:40
Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini birinci oxunuşda qəbul edib
Milli Məclis
12:39
Dövlət Xidməti "Bug Bounty" proqramına start verir
Maliyyə
12:31
Foto
Respublika Olimpiya İdman Liseyinin təmirdən sonra açılışı olub
Fərdi