Türkiyəli futbolçu ilk dəfə Azərbaycanın əsas millisinə dəvət alıb
Futbol
- 14 sentyabr, 2022
- 05:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Niderlandın "Eyndhoven" klubunda çıxış edən Ozan Can Kökçü Azərbaycanın əsas milli komandasına dəvət alıb.
"Report" "Ed.nl" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Slovakiya və Qazaxıstan yığmalarına qarşı UEFA Millətlər Liqasının oyunları üçün heyətə cəlb olunub.
Daha əvvəl Azərbaycanın U-21 millisində forma geyinən türkiyəli oyunçu ilk dəfə əsas yığmaya çağırılıb. O, yalnız 2020-ci ilin avqustunda Kipr və Lüksemburqla UEFA Millətlər Liqasının matçları üçün açıqlanan ehtiyat heyətdə olub. Lakin Kökçü toplanışda iştirak etməyib.
Qeyd edək ki, sentyabrın 22-də Slovakiyanın qonağı olacaq Azərbaycan yığması, 3 gün sonra Qazaxıstanı qəbul edəcək.
Son xəbərlər
09:47
Azərbaycan neftinin qiyməti 128 dollara yaxınlaşıb
Energetika
09:36
"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının cari mövsümündə ilk matçına çıxacaq
Futbol
09:29
Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub
Region
09:26
FIBA Çempionlar Liqası: "Sabah" bu gün Bakıda Fransa klubu ilə üz-üzə gələcək
Komanda
09:17
Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır
Futbol
09:14
"DH Volley" klubu avrokuboklarda ilk oyununu keçirəcək
Komanda
09:13
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.10.2026)
Maliyyə
09:12
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (27.10.2026)
Maliyyə
09:08
Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır
Fərdi