"Alanyaspor"un futbolçusu Azərbaycan millisinə dəvət alıb

Futbol
  • 10 yanvar, 2020
  • 06:35
Alanyasporun futbolçusu Azərbaycan millisinə dəvət alıb

Türkiyə Superliqasında oynayan "Alanyaspor" klubunun gənclər komandasının üzvü Muhammed Mustafa Yıldırım Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasına dəvət alıb. 

"Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, Yıldırım millinin yanvarın 18-də start götürəcək Antalya toplanışına çağırılıb. Hazırlıq prosesi yanvarın 28-də yekunlaşacaq.

Qeyd edək ki, "Alanyaspor"un əsas komandası Superliqada geridə qalan 17 turdan sonra 29 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.