Türkiyə klubu baş məşqçisini istefaya göndərib

Türkiyə klubu baş məşqçisini istefaya göndərib Türkiyənin “Ankaragücü” klubu baş məşqçisi Tolunay Kafkası istefaya göndərib.
Futbol
2 oktyabr 2023 11:32
Türkiyə klubu baş məşqçisini istefaya göndərib

Türkiyənin “Ankaragücü” klubu baş məşqçisi Tolunay Kafkası istefaya göndərib.

“Report” xəbər verir ki, bu barədə Superliqa təmsilçisi məlumat yayıb.

Bildirilib ki, 55 yaşlı mütəxəssislə rəhbərlik arasında baş tutan görüşün ardından belə bir qərar qəbul olunub. İstefaya paytaxt komandasının ölkə çempionatının ilk 7 turunda uğursuz çıxış etməsi səbəb olub.

Qeyd edək ki, son olaraq “Qalatasaray”a 1:2 hesabı ilə uduzan “Ankaragücü” 6 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi