“Turan Tovuz”un iki futbolçusu zədələnib

“Turan Tovuz”un iki futbolçusu zədələnib “Turan Tovuz” klubunun daha iki futbolçusu zədələnib.
Futbol
6 Fevral , 2023 16:27
“Turan Tovuz”un iki futbolçusu zədələnib
Ayxan Abbasov

“Turan Tovuz” klubunun daha iki futbolçusu zədələnib.

“Report” xəbər verir ki, bunu bölgə komandasının baş məşqçisi Ayxan Abbasov “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXI tur oyunundan sonra “CBC Sport” kanalına açıqlamasında deyib.

42 yaşlı mütəxəssis bildirib ki, müdafiəçi Eltun Turabov və gürcüstanlı yarımmüdafiəçi Piruzi Marakvelidze sıradan çıxıblar: “Piruzidə problemlər var idi, dünən yenidən ağrıları oldu. “Şamaxı” ilə matçda risk edə bilməzdik. Eltun Turabovun isə oyunun startında ayağı burxuldu. Bir hissə dözdü, amma çox meydanda saxlamaq riskli olardı. Bu səbəbdən ikinci hissədə əvəzlədik”.

A. Abbasov Şamaxı səfərində qazanılan qələbənin onlar üçün önəmli olduğunu sözlərinə əlavə edib: “Burada bütün rəqiblər çətinlik çəkirlər. Çünki “Şamaxı” yaxşı mübarizə aparan kollektivdir. Bəlkə də çoxları onlardan bunu gözləmirdi. Son vaxtlar bəxt də bizdən üz döndərmişdi. Bu gün futbolçular qələbə üçün nə lazım idisə etdilər. Azarkeşlərimizi təbrik edirəm, uzaq yoldan gəlib bizi dəstəkləmişdilər. Çempionatda mübarizə sona qədər davam edəcək. Bu 3 xal bizim üçün çox önəmlidir”.

Qeyd edək ki, qələbə sayəsində xallarının sayını 20-yə çatdıran “Turan Tovuz” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.

Son xəbərlər

Orphus sistemi