"Turan Tovuz" rəsmisi şəhər stadionundakı işıqlandırma sistemi probleminə aydınlıq gətirib

"Turan Tovuz" rəsmisi şəhər stadionundakı işıqlandırma sistemi probleminə aydınlıq gətirib İcazələr alınandan 3 həftə və ya 1 ay sonra işıqlandırma sistemi tam hazır olacaq.
Futbol
27 Fevral , 2024 14:39
Turan Tovuz rəsmisi şəhər stadionundakı işıqlandırma sistemi probleminə aydınlıq gətirib

İcazələr alınandan 3 həftə və ya 1 ay sonra işıqlandırma sistemi tam hazır olacaq.

Bunu "Report"a açıqlamasında “Turan Tovuz”un idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov deyib.

O, icazələrin və sertifikatların alınması prosesinin başa çatma müddətinin tam bəlli olmadığını bildirib: "Bu səbəbdən dəqiq vaxt deyə bilmirik. Hazırda bu proses gedir. Bitdikdən sonra işə başlanılacaq".

Klub rəsmisi "mövsümün sonunadək məsələnin həll olunmama ehtimalı nə qədərdir" sualını da cavablandırıb: "Bəlkə gələn həftə start verdik və bir aya həll etdik. Hər şey ola bilər".

Qeyd edək ki, 2023-cü il dekabrın 23-də keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşmasının gedişində Tovuz şəhər stadionunda işıq dirəklərindən biri aşıb. Bu səbəbdən matçın qalan dəqiqələri ertəsi gün oynanılıb.

Son xəbərlər

Orphus sistemi