Tanınmış hücumçu "Zirə" ilə cavab matçını da buraxacaq
Futbol
- 25 iyul, 2022
- 12:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İsrailin "Makkabi" (Tel-Əviv) klubunun yeni transferi Eran Zahavi UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə cavab oyununu da buraxacaq.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb 35 yaşlı hücumçunun zədədən sonra hələ də komanda ilə birgə hazırlıqda iştirak etməməsidir.
Fərdi məşqlərlə kifayətlənən tanınmış forvardın daha bir müddət oynamayacağı dəqiqləşib. Onun kollektivlə məşqlərə nə vaxt başlayacağı bəlli deyil.
Zahavi Bakıda 3:0 hesabı ilə qalib gəldikləri ilk qarşılaşmada da meydana çıxmayıb.
Qeyd edək ki, iyulun 28-də Təl-Əvivdə oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. "Qartallar" Bakıdakı görüşdə rəqibinə 0:3 hesabı ilə uduzub.
Son xəbərlər
22:10
Azərbaycan mətbəxini tanıdan kitab boşnak dilində nəşr olunub
Xarici siyasət
22:07
Foto
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət siyasəti
21:51
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Sağlamlıq
21:41
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib
Digər ölkələr
21:33
Komitə Samvel Karapetyan və daha 8 nəfərin həbsini tələb edib – Yenilənib
Region
21:22
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
Futbol
21:22
Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri başlayıb
Energetika
21:17
Foto
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
Fərdi
21:11
Foto
Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatında mükafatlandırma mərasimi keçirilib
Komanda