Tanınmış futbolçu "Monako"nu tərk edib

Futbol
  • 18 iyun, 2022
  • 09:32
Tanınmış futbolçu Monakonu tərk edib

Fransa "Monako"su futbolçusu Sesk Fabreqasla yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.

35 yaşlı oyunçu komandanı azad agent statusu ilə tərk edib.

Qeyd edək ki, Sesk Fabreqas 2019-cu ilin yanvarından "Monako"da çıxış edirdi. O, ötən mövsüm cəmi 5 oyunda meydana çıxıb.