Tacikistan millisinin futbolçusu rekorda imza atıb

Tacikistan millisinin futbolçusu rekorda imza atıb Tacikistanın 17 yaşadək futbolçulardan ibarət yığmasının yarımmüdafiəçisi Məhəmməd Nəzriyev bir oyunda vurulan qolların sayına görə yeni rekorda imza atıb.
Futbol
30 Oktyabr , 2024 17:49
Tacikistan millisinin futbolçusu rekorda imza atıb

Tacikistanın 17 yaşadək futbolçulardan ibarət yığmasının yarımmüdafiəçisi Məhəmməd Nəzriyev bir oyunda vurulan qolların sayına görə yeni rekorda imza atıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 16 yaşlı futbolçu bunu 2025-ci ildə keçiriləcək Asiya Kubokunun seçmə mərhələsində evdə Quam yığmasını 33:0 hesabı ilə məğlub etdikləri oyunda reallaşdırıb.

Qollardan 14-nə müəlliflik edən M.Nəzriyev FIFA-ya daxil olan federasiyaları təmsil edən millilər arasında bir matç ərzində vurulan qolların sayına görə rekord müəyyənləşdirib.

Əvvəlki rekord avstraliyalı futbolçu Arçi Tompsona məxsus idi. O, 2001-ci ildə Amerika Samoasına qarşı oyunda (33:0) 13 qol vurmuşdu.

Qeyd edək ki, J qrupunda Quam, Oman və Sinqapur yığmaları ilə mübarizə aparan Tacikistan 9 xalla liderdir.

Son xəbərlər

Orphus sistemi