"Sumqayıt" yeni transferini açıqlayıb

Futbol
  • 19 iyul, 2022
  • 07:39
Sumqayıt yeni transferini açıqlayıb

"Sumqayıt" yeni futbolçu transferini açıqlayıb.

"Report" "gənclik şəhəri" təmsilçisinin rəsmi feysbuk hesabına istinadən xəbər verir ki, klub qazaxıstanlı Rifat Nurməhəmmədi heyətinə qatıb.

26 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rifat Nurməhəmməd son olaraq, ölkəsində "Maktaaral"ın formasını geyinib.

44 filmi