“Qəbələ” komandası qış transfer dönəmində ilk futbolçu keçidini rəsmiləşdirib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” "Sumqayıt"dan ayrılan Ehtiram Şahverdiyevi heyətinə qatıb. 23 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Şahverdiyev “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. O, üç illik fasilədən sonra kluba qayıdıb. 2017 - 2019-cu illərdə “Sumqayıt”ın şərəfini qorumuş yarımmüdafiəçi bunadək “qırmızı-qaralar”ın heyətində çıxış edib. O, 2015/2016 mövsümündə klubun əsas komandasında 2 oyun keçirib.
*** 15:42
"Sumqayıt" klubu futbolçusu Ehtiram Şahverdiyevlə yollarını ayırıb.
"Report" "gənclik şəhəri" təmsilçisinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Ehtiram Şahverdiyev "Qəbələ"nin yetirməsidir. O, 2016-cı ildən "Sumqayıt"da çıxış edir.