"Sumqayıt" serbiyalı məşqçi ilə müqavilə bağlayıb

Futbol
  • 21 iyul, 2022
  • 16:50
Sumqayıt serbiyalı məşqçi ilə müqavilə bağlayıb

"Sumqayıt” məşqçilər heyətində yeni təyinat baş tutub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı fiziki hazırlıq üzrə mütəxəssis Qoran Başiçlə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 38 yaşlı məşqçi karyerası ərzində ölkəsinin “Voyvodina”, Taylandın “Buriram Yunayted” klublarında və Serbiyanın U-18 millisində çalışıb.